Maks Ferstappen Əbu-Dabidə mövsümün son yarışının qalibi olub

21 Noyabr, 17:21 Sosial mediada paylaşın:
Formula 1 üzrə dünya çempionatı başa çatıb. Mövsümün son, yəni 22-ci  Qran-prisi Əbu-Dabinin məşhur Yas Marina trasında keçirilib. Təsnifat mərhələsinin qalibi olan Maks Ferstappen həlledici yarışda da rəqiblərini qabaqlayıb 58 dövrəni 1 saat 38 dəqiqə 34 saniyəyə qət edən “Red Bull” komandasının üzvü bu mövsüm 15-ci dəfə finiş xəttini birinci keçib. Yaponiya Qran-prisində ardıcıl 2-ci çempionluğunu rəsmiləşdirən niderlandlı pilot mövsümü 454 xalla başa vurub.  Ferstappendən 8,7 saniyə geri qalan “Ferrari” pilotu Şarl Lekler isə 308 xal toplayaraq mövsümü həm yarışda, həm də şəxsi birincilikdə ikinci yeri tutub. “Red Bull” sürücüsü  Serxio Peres isə Leklerdən 3 xal geri qalaraq 3-cü yerə yerə sahib çıxıb. Meksikalı pilot liderdən 10 saniyə geridə qalıb.
Yeri gəlmişkən, 4 qat dünya çempionu Sebastyan Fettel karyerasının sonuncu yarışında 10-cu yeri tutaraq Qran-prini xalla başa vurub. “Aston Martin” sürücüsü həm də yarışın ən yaxşı pilotu seçilib.  2 qat dünya çempionu Fernando Alonso isə “Alpin”də keçirdiyi son yarışda finiş xəttini keçə bilməyib. Ötən mövsüm çempionluq uğrunda mübarizə aparan, bu il isə heç bir Qran-pridə qalib gələ bilməyən Lüis Hemilton da finiş üzü görməyib. Bununla yanaşı, Lüis 15 illik karyerasında ilk dəfə heç bir yarışın qalibi ola bilmədiyinə görə Mixael Şumaxerin rekordunu yeniləyə bilməyib.  

CANLI YAYIM