Şahmat üzrə dünya çemoionatında millimiz ilk iki turda qalib gəlib

21 Noyabr, 15:07 Sosial mediada paylaşın:
İsraildə komandalararası dünya çempionatının ilk günündə  iki tur oynanılıb. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Aydın Süleymanlı, Qədir Hüseynov və Vüqar Əsədlidən ibarət millimiz ilk turda Özbəkistan şahmatçılarını məğlub edib: 2,5:1,5. Bu oyunda Şəhriyar Məmmədyarovla Rauf Məmmədov partiyanı qələbə ilə başa vurub. Teymur Rəcəbov heç-heçə oynadığı halda Aydın Süleymanlı məğlub olub. 
Günün ikinci görüşündə təmsilçilərimizin rəqibi Amerika Birləşmiş Ştatları komandası olub. Millimiz bu dəfə 3:1 hesablı qələbə qazanıb. Yığmanın liderləri Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov görüşü qələbə ilə başa vurub. Qədir Hüseynovla Vüqar Əsədli heç-heçəyə razılaşıb.  Qeyd edək ki, dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

CANLI YAYIM