Millimiz ardıcıl 5-ci oyununu qazanıb

21 Noyabr, 11:40 Sosial mediada paylaşın:
Futbol üzrə milli komandamız 2-ci yoldaşlıq oyununu keçiriib.
Seçməmiz Şimali makedoniyada yerli kollektivin qonağı olub. Bundan əvvəl Moldovada yoldaşlıq görüşündə yerli komandanı 2:1 hesabı ilə məğlub edən futbolçularımız bu dəfə də qalib gəliblər. Hərçənd ki, hesabı meydan sahibləri açıblar. 25-ci dəqiqədə Enis Bardhi penaltini dəqiq yerinə yetirib. Amma fasiləyə kimi tarazlıq bərpa olunub. Elvin Cəfərquliyev hədəfdən yayınmayıb 1:1. Komandalar fasiləyə bu hesabla yollanıblar. 2-ci hissənin əvvəlində Şimali Makedoniya millisi meydanda azlıqda qalıb. Boban Nikolov qırmızı vərəqə ilə cəzalandırılıb. Say üstünlüyü əldə edən futbolçularımız 65-ci dəqiqədə hesabda önə keçiblər. Musa Qurbanlı komandamızın 2-ci qolunu vurub. 10 dəqiqədən sonra meydanda futbolçuların sayı bərabərləşib. Höccət Haqverdi qırmızı vərəqə ilə cəzalandırılıb. Buna baxmayaraq millimizin üzvləri oyunun sonunda daha bir dəfə fərqləniblər. Ramil Şeydayev qarşılaşmada yekun nəticəni müəyyənləşdirib 3:1. Beleləliklə seçməmiz ardıcıl 2-ci yoldaşlıq oyununda qələbə qazanıb. Ümumilikdə isə millimiz ardıcıl 5 görüşdür ki qalib gəlir. Xatırladaq ki, futbolçularımız yoldaşlıq oyunlarından əvvəl UEFA milllət liqasında Belarus, Slovakiya və Qazaxıstan yığmalarını məğlub etmişdilər. 

CANLI YAYIM