"Xarı Bülbül Şuşa" yoxlama oyununda qalib gəldi

20 Noyabr, 12:30 Sosial mediada paylaşın:
Ölkə çempionatında debut edəcək kişi voleybolçulardan ibarət “Xarı bülbül Şuşa” komandası yeni mövsümə hazırlıqları davam etdirir.
Bu yaxınlarda Macarıstanda təlim-məşq toplanışında olan komanda hazırlığın növbəti mərhələsini Bakıda keçirir. “Xarı Bülbül Şuşa” yoldaşlıq görüşündə MOİK komandasıyla qarşılaşıb. Oyun Şuşa klubunun 3-0 hesablı qələbəsilə başa çatıb. Razılığa əsasən komandalar daha bir setdə qüvvəsini sınayıb. Həmin hissədə MOİK-in üstünlüyü qeydə alınıb.

CANLI YAYIM