Qadınlardan ibarət voleybol millimizin Avropa çempionatında rəqibləri müəyyənləşdi

17 Noyabr, 15:50 Sosial mediada paylaşın:
Qadın voleybolçulardan ibarət seçməmizin gələn ilki Avropa çempionatında rəqibləri müəyyənləşib.
Komandamız C qrupunda Almaniya, Türkiyə, Çexiya, İsveç və Yunanıstan seçməsi ilə yarışacaq. A qrupunda Belçika, Sloveniya, Serbiya, Polşa, Ukrayna və Macarıstan komandaları çıxış edəcək. B qrupunda İtaliya, Rumıniya, Bolqarıstan, Xorvatiya, Vosniya Herseqovina və İsveçrə yığmaları mübarizə aparacaq. D qrupunda isə Estoniya, Finlandiya, Niderland, Fransa, Slovakiya, İspaniya komandalarının adları var. İtaliya, Almaniya, Belçika və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatı gələn il avqustun 15-dən sentyabrın 3-dək keçiriləcək.

CANLI YAYIM