Mundial öncəsi son oyunlar keçirilir

17 Noyabr, 14:43 Sosial mediada paylaşın:
Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının startina 3 gün qalıb. Mundialda iştirak edəcək milli komandalar turnir öncəsi son yoldaşlıq oyunları keçirirlər.
Dünya çempionatının favoritlərindən sayılan Argentina millii Əbu Dabidə Birləşmiş Ərəb əmirlikləri komandadası ilə qarşılaşıb. Cənubi amerikalılar elə ilk hissədə oyunun taleyini həll ediblər. 17-ci dəqqiədə Xulian Alvares hesabı açıb. Bundan sonra Anxel Di Mariya diqqət mərkəzinə düşüb. Futbolçu ardıcıl 2 dəfə rəqib qapısına yol tapıb. O, 25 və 36-cı dəqiqədə qol vurub. Hissən in sonunda isə məhz Di Mariyanın ötürməsindən sonra Lionel Messi topu qapıdan keçirib. 2-ci hissədə Xoakin Korrea qarşılaşmada son nöqtəni qoyub. Beləliklə Argentina millisi 5:0 hesablı qələbə qazanıb. Qeyd edək ki, argntinalılar C qrupunda Polşa, Meksika və səudiyyə ərəbistanə yığması ilə mübarizə aparacaq.
Bu qrupda yarışan Meksika və polşa futbolçuları da yoldaşlıq oyunu keçiriblər. Meksikalılar ispaniyada keçirilən matçda isveçlilərə uduzublar. 54-cü dəqiqədə Markus Rohden isveç yığmasının ilk qolunu vurub. Az sonra Aleksis Veqa tarazləğı bərpa edib. Qarşılaşmanın sonunda isə Mattias Svanberq isveç millisinin qələbə qolunu vurub.
Polşalılar isə Varşavada keçirilən oyunda Çili futbolçularına minimal hesabla qalib gəliblər. Meydan sahiblərinin yeganə qolunu Kşiştof Piontek vurub.
Mundialın iddialı komandalarından Almaniya millisi da yoldaşlıq oyunu keçirib. Bundestim Omanda yerli komandanı minimal hesabla məğlub edib. Niklas Fyulkruq almaniyalılara qələbə qazandırıb.

CANLI YAYIM