"Sabah" Mikkelslə müqaviləni yeniləyib

17 Noyabr, 11:35 Sosial mediada paylaşın:
“Sabah” Coy-Lens Mikkelslə yeni müqavilə bağlayıb.
Almaniyalı vingerlə mövsümün sonunda başa çatacaq müqavilə müddəti artırılıb. Yeni anlaşmanın müddəti 1+1 illikdir. Mikels 2021-ci ilin iyul ayından “Sabah”ın uğurları üçün çalışır. O, komandanın heyətində keçirdiyi 41 matçda 21 qola imza atıb. Mikels “Sabah”ın tarixində ən çox qol vurmuş futbolçudur.

CANLI YAYIM