Azərbaycan millisi qələbə seriyasını 4 oyuna çatdırdı

17 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Futbolçularımız yoxlama görüşündə Moldova millisi ilə üz-üzə gəliblər.
Kişinyovun “Zimbru” stadionunda keçirilən matça komandamız daha yaxşı başlayıb. Seçməmiz 28-ci dəqiqədə istəyinə çatıb. Emin Mahmudov hesabı açıb. Millimiz güclü hücumlarını davam etdirərək hissənin sonuna yaxın daha bir qol vurub. Bu dəfə Aleksey İsayev qapını dəqiq nişan alıb. 1-ci hissə futbolçularımızın 2:0 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra mübarizə daha aşağı templə davam edib. Meydan sahibləri sona yaxın qollardan birinin əvəzini çıxıblar. 2-ci hissəyə artırılan 2-ci dəqiqədə Nikita Motspan yekun nəticəni müəyyənləşdirib:  Moldova – Azərbaycan 1:2. Beləliklə Millətlər Liqasını ardıcıl 3 qələbə ilə başa çatdıran komandamız qələbə seriyasını 4 oyuna çatdırıb.

CANLI YAYIM