Tayson Fyuri hədəflərini açıqlayıb

16 Noyabr, 17:08 Sosial mediada paylaşın:
İndiyə qədər keçirdiyi 33 görüşün hamısında qalib gələn Tayson Fyuri karyerasını bitirmək fikrində deyil.
34 yaşlı britaniyalı boksçu mətbuata açıqlamasında hədəflərindən danışıb: “Entoni Coşua ilə qarşılaşmayana qədər boks əlcəklərimi mismardan asan deyiləm. Biz illərdir ki, bu görüşün arzusu ilə yaşayırıq. Azarkeşlər mənim Coşuaya qarşı döyüşümü səbirsizliklə gözləyir. Ona görə də karyeramı bitirəcəyimlə bağlı söhbətləri kənara qoymaq lazımdır. Bir müddət əvvəl boks üçbaşlı əjdahaya çevrilmişdi. Bu əjdahada mənimlə yanaşı Uaylderlə Coşuanın da başları var idi. Onları məğlub etdilər, döyülməyən yeganə boksçu varsa, o da mənəm. İndi yeniləri peyda olub. Amma mən Coşuayla görüşməsəm, onlara gözümün ucu ilə da baxmayacağam”.
Yeri gəlmişkən, bu günə qədər Deontey Uaylderlə 3 dəfə qarşılaşan və bu görüşlərin ikisində qalib gələn Fyuri amerikalı rəqibi ilə  yenə də üz-üzə gəlməyə hazır olduğunu söyləyib. Amma britaniyalı boksçu onunla ancaq “Uembli” stadionunda qarşılaşmağa hazırdır. Xatırladaq ki, dekabrın 3-də Tayson Fyuri həmyerlisi Derek Çisora ilə rinqi bölüşəcək.

CANLI YAYIM