"Ferrari"də rəhbər dəyişikliyi olmayacaq

16 Noyabr, 16:05 Sosial mediada paylaşın:
“Ferrari” komandanın rəhbəri Mattia Binottonun mövsümün sonunda vəzifəsindən gedəcəyi ilə bağlı məlumatı təkzib edib. Mətbuat son illər uğursuzluqla əlaqədar dəyişiklik olacağını qeyd etsə də, İtaliya komandası buna getməyəcək. Hətta o da iddia olunurdu ki, Binotto “Alfa Romeo”ya üz tutacaq, həmin komandanın rəhbəri Frederik Vassör “Ferrari”yə başçılıq edəcək. Elə “Alfa Romeo” da İtaliyanın nüfuzlu “La Gazzetta dello Sport” nəşrinin bu iddiasını yalanlayıb.

CANLI YAYIM