Formula 1-də VAR texnologiyasından istifadə oluna bilər

16 Noyabr, 15:53 Sosial mediada paylaşın:
Formula 1-də VAR sistemindən istifadə oluna bilər.
Bunu mətbuata açıqlamasında Beynəlxalq Avtoidman Federasiyasının prezidenti Məhəmməd Ben Sulayem söyləyib. Onun sözlərinə görə futbolda tətbiq olunan bu sistem Formula 1-ə də öz töhfəsini verə bilər.  Avtoidman funksioneri yarışların daha maraqlı və ədalətli keçməsi üçün bunun zərurətə çevrildiyini də bildirib. Yeri gəlmişkən, artıq artıq FİA rəsmiləri FİFA rəhbərliyi ilə məsləhət xarakterli görüşlər də keçirib.

CANLI YAYIM