Renat Dadaşov "Antalyaspor"a keçə bilər

16 Noyabr, 11:15 Sosial mediada paylaşın:
İsveçrənin “Qrashopper” klubunda çıxış edən Azərbaycan millisinin üzvü Ranat Dadaşov mövsümün sonunda komandasını dəyişə bilər. 
23 yaşlı forvarda Türkiyənin Super Liqa klubu “Antalyaspor”maraq göstərir. Nuri Şahinin baş məşqçisi olduğu elita təmsilçisi milli üzvünü yaxından izləyir. Klub mövsümün sonuna qədər Renatı diqqətdə saxlayıb, daha sonra qərar vermək niyyətindədir. Bu yay “Vulverhempton”dan “Qrashopper”ə keçən Dadaşov 15 matçda 4 qol, 1məhsuldar ötürmə ilə yadda qalıb.

CANLI YAYIM