Millimiz yoldaşlıq görüşündə Moldova yığması ilə qarşılaşacaq

16 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Futbol üzrə milli komandamız bu gün yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.
Yığmamız Moldovanın Kişinyov şəhərində yerli komanda ilə üz-üzə gələcək. Qarşılaşmadan əvvəl ənənəvi mətbuat konfransında millimizin baş məşqçisi Canni de Byazi seçmə kollektivimizin hazırkı vəziyyəti barədə məlumat verib. İtaliyalı mütəxəssis işlərin qaydasında getdiyini diqqətə çatdırıb: “Seçmə mərhələyə 122 gün qalıb. Bu iki oyun inam qazanmaq baxımından bizim üçün vacibdir. Mən həmişə Bakıdayam. Bütün oyunları izləyirəm. Hazırda düşərgədə 26 futbolçu var. Millinin qapısı hamı üçün açıqdır. Amma bağlana da bilər. Son vaxtlar işlərimiz yaxşı gedir. Buna görə sevinirəm. Yadınızdadırsa, Emin əvvəl çox oynamırdı. Amma onunla söhbətdən sonra əsas heyət üzvünə çevrildi. Almeydaya gəlincə, əvvəl düşünürdüm ki, daha çox gənclərə şans verməliyəm. Lakin gördüm ki, Riçard meydanda can qoyur. Braziliyadan olsa da, daha çox azərbaycanlıdır. Kim millidə oynamaq istəyirsə, düzgün nümunə olmalıdır”
Qeyd edək ki, Kişinyov şəhərinin “Zimbru” arenasında təşkil olunan Moldova – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

CANLI YAYIM