Cokoviç Tsitsipası, Rublyov Medvedevi məğlub edib

15 Noyabr, 14:58 Sosial mediada paylaşın:
İtaliyanın Turin şəhərində ATP reytinqi üzrə ən güclü tennisçilərin ilin yekun turniri keçirilir. Qırmızı qrupda ilk görüşlər olub. Sabiq 1 nömrə, serbiyalı Novak Cokoviç yunanıstanlı Stefanos Sitsipasla qarşılaşıb. Cokoviç ilk setdə 6:4 hesabilə üstün olub. 2-ci bölümdə isə tay-brekdə uğur qazanaraq yarışa qələbə ilə başlayıb.
Eyni qrupda Daniil Medvedev və Andrey Rublyov üz-üzə gəlib. Rusiyalı raketka ustalarının mübarizəsi daha gərgin alınıb. Əvvəlcə Medvedev tay-brekdə qalib gəlib. 2-ci hissəni Rublyov 6:3 hesabilə öndə tamamlayıb. Həlledici bölümün taleyi tay-brekdə aydınlıq gəlib. Rublyov inamlı çıxışını davam etdirərək qələbəni təmin edib. Ümumi mükafat fondu 14 milyon 750 min dollar olan turnirin qalibi noyabrın 20-də müəyyənləşəcək.  

CANLI YAYIM