Şəkidə 23 idman növü üzrə yarışlar keçirilir

15 Noyabr, 11:30 Sosial mediada paylaşın:
Şəkidə “İdman festivalı - 2022” keçirilir.
Olimpiya İdman Kompleksində təşkil olunan festivala 23 idman növü üzrə 149 iştirakçı və 35 məşqçi qatılıb. Noyabrın 15 və 16-da idmançılarla əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunacaq. Müxtəlif rəqs növləri üzrə məşğələlər, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyunlar, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər də olacaq. Eləcə də Şəki şəhərinə ekskursiya da planlaşdırılır. Festivalın sonunda idmançılar şəhər mərkəzində quraşdırılan səhnədə nümunəvi çıxış edəcəklər. Tədbir noyabrın 19-da yekunlaşacaq.

CANLI YAYIM