Şəhriyar Məmmədyarov "Meltwater" yarışına qələbə ilə başladı

15 Noyabr, 11:20 Sosial mediada paylaşın:
Şahmatçıların “Çempionlar Turu”nda sonuncu – 9-cu mərhələnin startı verilib. Onlayn formatda keçirilən “Meltvoter” yarışında qrossmeysterimiz Şəhriyar Məmmədyarov ilk görüşdə hindistanlı Rameşbabu Praqnanadha ilə qarşılaşıb. Məmmədyarov 4 partiyanın ümumi yekununda üstün olaraq qələbə qazanıb 2,5:1,5.
Digər qarşılaşmalarda dünya çempionu Maqnus Karlsen Amerika Birləşmiş Ştatlarını təsmil edən Vesli Sonu, polşalı Yan Kşiştof Duda isə Hindistanın digər nümayəndəsi Arcun Eriqaysini eyni hesabla məğlub edib. Niderlandlı Aniş Giri isə vyetnamlı Le Kuanq Lyemə qalib gəlib 3 xal yarım – 2 xal yarım. Şəhriyar Məmmədyarov 2-ci turda Yan Kşiştof Duda ilə görüşəcək. Ümumi mükafat fondu 210 min dollar olan “Meltvoter” yarışına noyabrın 20-də yekun vurulacaq.

CANLI YAYIM