Şahmatçılarımız Avropa birinciliyindən medallarla dönüb

15 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Türkiyənin Antalya şəhərində müxtəlif yaş qruplarının şahmat üzrə Avropa birinciliyi yekunlaşıb. 12 yaşlı oğlanların yarışında şahmatçımız Əhməd Xaqan gümüş medala sahib olub. 10 yaşlı qızların turnirində isə Respublikamızın nümayəndəsi Leyla Mirzəliyeva bürünc medala yiyələnib.
Qeyd edək ki, seçməmizin 2 mükafat əldə etdiyi Avropa birinciliyində 46 ölkədən 1000-ə yaxın şahmatçı bacarığını göstərib.

CANLI YAYIM