Millimizin qarşıdakı oyunlar üçün heyəti açıqlanıb

14 Noyabr, 18:14 Sosial mediada paylaşın:
Azərbaycan millisinin Moldova və Şimali Makedoniya ilə yoldaşlıq oyunları üçün heyəti açıqlanıb. Baş məşqçi Canni de Byazi yığmaya 27 futbolçu çağırıb. "Qarabağ"dan 8, "Sabah"dan 7 oyunçu milliyə dəvət alıb ki, qalan 12 futbolçu müxtəlif klubları təmsil edirlər. "Sabah"ın 21 yaşlı yarımmüdafiəçisi Ceyhun Nuriyev və "Qəbələ"dən Rövlan Muradov ilk dəfə əsas yığmaya dəvət alıb. Milli komandanın heyəti belədir:
Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Qarabağ"), Emil Balayev ("Səbail"), Səlahət Ağayev ("Qəbələ")
Müdafiəçilər: Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Bəxtiyar Həsənalızadə, Amin Seydiyev (hər ikisi "Sabah"), Cəlal Hüseynov ("Şamaxı"), Azər Salahlı (Neftçi), Höccət Haqverdi ("Traktor", İran), Anton Krivotsyuk ("Visla Plotsk", Polşa)
Yarımmüdafiəçilər: Qismət Alıyev ("Zirə"), Riçard Almeyda ("Qarabağ"),  Anatoli Nuriyev, Elvin Camalov, Aleksey İsayev, Ceyhun Nuriyev (hamısı "Sabah"), Ozan Can Kökçü ("Eyndhoven", Niderland), Emin Mahmudov ("Neftçi"), Rövlan Muradov ("Qəbələ"). 
Hücumçular: Namik Ələskərov ("Sabah"), Renat Dadaşov ("Qrasshopper", İsveçrə), Mahir Emreli ("Dinamo Zaqreb", Xorvatiya), Musa Qurbanlı, Ramil Şeydayev (hər ikisi "Qarabağ")
Qeyd edək Azərbaycan millisi Noyabrın 16-da Moldova ilə, 20-də isə Şimali makedoniya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.

CANLI YAYIM