"Səbail" keçmiş legionerini heyətə qaytarır

14 Noyabr, 14:12 Sosial mediada paylaşın:
Rumıniyanın UTA Arad klubunun müdafiəçisi Eriko da Silva Azərbaycan yenidən çempionatımızda oynaya bilər. 
Braziliyalı müdafiəçini "Səbail" yenidən  heyətə qaytarmaq istəyir. Bildirilir ki, bu mövsüm Rumıniya klubunda çox da oynamaq şansı görməyən 33 yaşlı futbolçu qışda Azərbaycana qayıtmaq istəyir. onun hətta "Neftçi"nin maraq dairəsində olduğu iddia edilirdi. Hazırkı klubuna 2020-ci ildə məhz “Səbail”dən keçən braziliyalı legioner cari mövsümdə cəmi 7 matçda meydana çıxıb.

CANLI YAYIM