Mahir Emreli "Dinamo"nun heyətində dubl edib

14 Noyabr, 12:45 Sosial mediada paylaşın:
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Dinamo" Xorvatiya çempionatında növbəti matçını keçirib. 
Zaqreb təmsilçisi "Riyeka"nın qonağı olub və 7:2 qalib gəlib. Emreli bu görüşdə dublla yadda qalıb. Meydana sonradan daxil olan forvard 72-ci dəqiqədə komandasının 6-cı, 85-ci dəqiqədə isə 7-ci qolunu vurub. "Dinamo" hazırda 41 xalla liderdir. 

CANLI YAYIM