"Qarabağ"ın qələbələr seriyası başa çatdı

14 Noyabr, 12:30 Sosial mediada paylaşın:
Azərbaycan çempionatının 14-cü turunda “Qarabağ” “Sabah”ın qonağı olub.
İlk 13 turda qələbə qazanaraq maksimum nəticə ilə irəliləyən Ağdam klubunun uğurlu seriyası başa çatıb. Maraqlıdır ki, Sabah da məhz 6-cı turda “Qarabağ”a uduzandan sonra keçirdiyi 7 görüşdə qalib gəlmişdi. Rəqiblərin bu dəfə ki oyununda hesab açılmayıb. Beləliklə Qarabağın 13, Sabahın isə 7 oyunluq qələbə seriyası bitib. Günün digər matçı “Kəpəz” – “Turan-Tovuz” qarşılaşmasında da qol vurulmayıb. 14 tura 40 xal toplayan “Qarabağ” turnir cədvəlinə başçılıq edir. 2-ci pillədəki “Sabah” liderdən 5 xal geridir. İlk 3-lüyü 29 xalla “Neftçi” tamamlayır.

CANLI YAYIM