Avroliqada 7-ci tura start verildi

11 Noyabr, 14:55 Sosial mediada paylaşın:
Avroliqada  müntəzəm çempionatın lideri “Fənərbağça” İstanbulda “Srvena Zvezda”nı qəbul edib. İlk hissə bərabər mübarizə şəraitində keçib. Fasilədən sonra təzyiqi artıran “sarı lacivərdlilər” meydanı qələbə ilə tərk ediblər.  Fənərbağça – Srvena Zvezda 93:79.
Türkiyənin digər təmsilçisi “Anadolu Efes” isə növbəti dəfə azarkeşlərini məyus edib. Madriddə “Real”ın qonağı olan Ergin Atamanın komandası artıq ilk hissədə oyuna nəzarəti əldən verib. Avroliqanın son iki mövsümünün qalibinin heyətində Uill Klaybern 25 xal toplayaraq oyunun ən məhsuldar basketbolçusu olsa da, bu istanbulluları mövsümdə 5-ci məğlubiyyətdən xilas edə bilməyib: Real Madrid – Anadolu Efes 94:85.
Almaniya komandalarının dueli maraqlı mübarizə şəraitində keçib. Berlində “Bavariya”nı qəbul edən “Alba” ilk bölümdə inamsız təsir bağışlayıb. Daha sonra xal fərqini azaltmağa çalışan berlinlilər matçın sonlarında “Bavariya”ya çətin anlar yaşadıb. Buna baxmayaraq,  münhenlilər çətinliklə də olsa qələbə hesabını qoruya bilib: Alba Berlin – Bavariya 77:79.
 Günün daha bir maraqla gözlənilən qarşlaşmasında “Barselona” Təl-Əvivdə “Makkabi”ni 86:79 hesabı ilə məğlub edib. İspaniyalıların qələbə qazanmasında 19 xal toplayan Nikolas Lapravittola böyük pay sahibi olub.
Çempionatın liderlərindən olan “Olimpiakos”  Pireydə “Partizan”ın 87:58 hesabıyla darmadağın edərək bu mövsüm 5-ci qələbəsini qazanıb.
“Jalgiris” isə Fransada “lion”u 93:76 hesabıyla məğlubiyyətə uğradıb.

CANLI YAYIM