"Murov" Çağırış Kubokunda 1/8 finala vəsiqə qazanıb

10 Noyabr, 14:10 Sosial mediada paylaşın:
Kişi voleybolçulardan ibarət “Murov” klubu Çağırış Kuboku turnirndə növbəti oyununu keçirib.
Komandamız yarışın 1/16 finalında Avstriyanın "Qrats" kollektivi ilə cavab matçına çıxıb. Voleybol Mərkəzində oynanılan görüş “Murov”un 3-0 hesablı qələbəsilə başa çatıb. Xatırladaq ki, ilk qarşılaşmada da təmsilçimiz rəqibini eyni hesabla məğlub etmişdi. Bununla da “Murov” 1/8 finala yüksəlib.

CANLI YAYIM