Bakıda keçirilən paracüdo üzrə dünya çempionatında millimizin medal sayı 4-ə yüksəlib

10 Noyabr, 11:15 Sosial mediada paylaşın:
Azərbaycan paracüdoçusu İlham Zəkiyev Bakıda keçirilən dünya çempionatında finala yüksəlib.
90 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən 42 yaşlı idmançı ardıcıl olaraq, Türkiyə, Monqolustan və Fransa təmsilçilərinə qalib gəlib. 8 qat Dünya və Avropa, 2 qat paralimpiya çempionunum həlledici görüşdə Braziliya idmançısı ilə qüvvəsini sınayıb. J1 çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə məğlub olaraq dünya çempionatını gümüş medalla başa vurub. Qadın paracüdoçulardan isə 70 kq-da Xanım Hüseynova isə bürünc medal görüşlərinə çıxıb. O, 3-cü yer uğrunda görüşdə yaponiyalı Karusa Oqavaya qalib gəlib. Bununla millimizin Dünya Çempionatında qazandığı medalların sayı 1 gümüş, 3-ü bürünc olmaqla 4-ə yüksəlib.

CANLI YAYIM