Bakıda yunan-Roma güləşi üzrə Dünya Kuboku start götürüb

5 Noyabr, 11:00 Sosial mediada paylaşın:
Bakı İdman Sarayında yunan-Roma güləşi üzrə Dünya Kubokuna start verilb.
İlk yarış günündə A və B qrupunda qarşılaşmalar təşkil olunacaq. İlk olaraq A qrupunda Türkiyə və İran seçmələri üz-üzə gələcəklər. Daha sonra saat 16:00-da turnirin açılış mərasimi baş tutacaq. Saat 17:00-dan A qrupunun İran Qırğızıstan, Qırğızıstan - Türkiyə və B qrupunun Azərbaycan - Dünya yığması görüşləri keçiriləcək. B qrupunda mübarizə aparmalı olan Serbiya kollektivi koronavirusa kütləvi yoluxma səbəbindən Dünya Kubokunda iştirak etməyəcək. Qeyd edək ki, yarışa noyabrın 6-da yekun vurulacaq.

CANLI YAYIM