"ATP Finals"ın bütün iştirakçıları müəyyənləşib

3 Noyabr, 17:26 Sosial mediada paylaşın:
Kişi tennisçilər arasında ənənəvi keçirilən mövsümlük yekun turnirin bütün iştirakçıları müəyyənləşib.
Paris Masters turnirinin nəticələrinə əsasən rusiyalı tennisçi Andrey Rublyovla kanadalı raketka ustası Felik Oje-Alyassimin Turinə yollanacağı dəqiqləşib. Buna qədər Rafael Nadal, Karlos Alkaras, Daniil Medvedev, Novak Cokoviç, Kasper Ruud və Stefanos Tsistispas yekun turnirinə vəsiqəni əldə etmişdi. Xatırladaq ki, hər ilin noyabrında təşkil olunan bu nüfuzlu turnir fərqli formatda keçirilir. Reqlamentə əsasən,  reytinqdə ilk 8 pilləni tutan raketka ustaları iki qrupa bölünür. Qruplarda ilk iki pilləni tutan tennisçilər isə yarımfinala yüksəlir. İndiyə qədər bu turniri hamıdan çox hərəyə 6 titulla Rocer Federerlə İvan Lendl qazanıb. Ötən mövsüm isə almaniyalı Aleksandr Zverev İtaliyada keçirilən yarışın qalibi olmuşdu. Bu dəfəki turnir noyabrın 14-də start götürəcək.

CANLI YAYIM