Bir neçə şahmatçımız reytinq cədvəlində irəliləyib

1 Noyabr, 12:30 Sosial mediada paylaşın:
Beynəlxalq Şahmat Federasiyası şahmatçıların yeni reytinq siyahısını açıqlayıb. İlk onluqda Azərbaycanın heç bir təmsilçisi yer almayıb. Teymur Rəcəbov 2747 xalla 5 pillə irəliləyərək, 11-ci sıraya yüksəlib. 2746 xalı olan Şəhriyar Məmmədyarov isə bir mövqe itirərək 14-cü yerdə qərarlaşıb. 2661 xalı olan Qədir Hüseynov 2 pillə irəliləyərək 86-cı yerdə qərarlaşıb. 2646 xalla Rauf Məmmədov 100-cü, Nicat Abbasov isə102-cidir. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen başçılıq edir. Çinli Liren Dinq ikinci, rusiyalı Yan Nepomnyaşi isə üçüncü yerdədir.
Qadın şahmatçılardan Günay Məmmədzadə 2472 xalla 20-ci, Ülviyyə Fətəliyeva isə 2428 xalla 37-cidir. İtaliyanın Sardiniya adasında gənclər arasında dünya çempionu olan Gövhər Beydullayeva 2387 xalla 98-ci pillədən 62-ci sıraya yüksəlib.
 

CANLI YAYIM