"Olimpiakos" ilk məğlubiyyəti ilə üzləşib

28 Oktyabr, 17:32 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada müntəzəm çempionatın oyunları davam edir. 5-ci turun ilk oyun günündə bir sıra maraqlı nəticələr qeydə alınıb. Bu tura qədər keçirdiyi bütün görüşlərdə qələbə qazanan “Olimpiakos” çempionatda ilk məğlubiyyəti ilə üzləşib. “Monako”nu qəbul edən Yunanıstan təmsilçisi ilk hissədə inamlı təsir bağışlasa da, fasilədən sonra üstünlüyü əldən verib: “Olimpiakos” – “Monako” 76:81.
 “Panatinaikos” da azarkeşlərini məyus edib. Təl-Əvivdə “Makkabi”nin qonağı olan afinalılar bütün periodlarda xal hesabında rəqibindən geri qalıb.  22 xal toplayan Lorentso Braun məhsuldar oyunu sayəsində “Makkabi” bu mövsüm 4-cü qələbəsini qazanaraq lider “Fənərbağça”ya yaxınlaşıb: “Makkabi” – “Panatinaikos” 85:74.
Çempionatın favoritlərindən olan “Real” da bu tur azarkeşlərini sevindirə bilməyib. Hərçənd evdə mövsümün debütantı “Virtus Bolonya”nı qəbul edən madridlilər fasiləyə 4 xal fərqli üstünlüklə yollanıb. Madridlilər ikinci hissədə rəqibin qarşısında aciz qalıblat. “Real”ın forvardı Qabriel Dek 28 xal toplamaqla görüşün ən məhsuldar oyunçusu olsa da, bu İspaniya çempionunun işinə yaramayıb: “Real Madrid” – “Virtus Bolonya” 92:95.
 İspaniyanın təmsil edən “Valensiya” isə “Alba” ilə görüşdə qələbə qazanmaqda çətinlik çəkməyib 87:73. “Partizan” – “Jalgiris” oyununda da meydan sahibləri 87:76 hesabıyla qalib gəliblər.

CANLI YAYIM