Novak Cokoviç "Australian Open"də iştirak edəcəkmi?

25 Oktyabr, 17:30 Sosial mediada paylaşın:
Peyvənd olunmadığına görə ötən mövsüm “Australian Open” turnirinə buraxılmayan Novak Cokoviç bu dəfə “Böyük Dəbilqə” seriyasından ilk yarışda iştirak etmək arzusundadır.  Mötəbər turnirlərin 21 qat çempionunun  yanvarda Melbrunda keçiriləcək yarışda mübarizə aparıb-aparmayacağı məlum deyil. Lakin serbiyalı raketka ustası olduqca nikbindir. “Avstraliyada korta çıxmağım realdır. Vəkillərim vasitəsi ilə bu ölkənin hakimiyyət orqanlarının nümayəndələri ilə danışıqlar aparırıq. Ümid edirəm ki, bu suala tezliklə aydınlıq gələcək. Həqiqətən də Melburna getmək istəyirəm. Avstraliya həmişə mənim üçün uğurlu olub.”.
Cokoviçin Avstraliya turnirində iştirakı ilə bağlı qeyri-müəyyənlik davam etsə də, onun ayın sonunda Parisdə start götürəcək Masters yarışında çıxış edəcəyi dəqiqləşib. Halbuki, bir müddət əvvəl Novakın məşqçisi Qoran İvanişeviç serbiyalı tennisçinin yarışdan kənarda qalacağını istisna etməmişdi. Yeri gəlmişkən, Rafael Nadal da Fransanın paytaxtındakı turnirə qatılacağını söyləmişdi.

CANLI YAYIM