Güləşiçimiz Hacımurad Hacıyev dünya çempionatında gümüş medal qazandı

24 Oktyabr, 12:00 Sosial mediada paylaşın:
İspaniyada 23 yaşadək güləşçilərin dünya çempionatı yekunlaşıb.
Yarışın sonuncu günündə sərbəst güləşçilərimizdən Hacımurad Hacıyev final görüşünə çıxıb. 74 kq çəki dərəcəsində mübarizə aparan idmançımız iranlı rəqibi ilə bacarmayıb və gümüş medalla kifayətlənib. Bu komandamızın sərbəst güləş yarışında 3-cü mükafatıdır Daha əvvəl Kənan Heybətov və İslam İlyasov bürünc medal əldə etmişdi. Ümumilikdə isə millimiz ispaniyanı 7 mükafatla tərk edib. Xatırladaq ki, yunan-Roma güləşçilərindən Qurban Qurbanov qızıl, Nihad Quluzadə  və Nihat Məmmədli gümüş medala layiq görülmüşdülər. Qadınların turinirində isə Nigar Mirzəzadə fəxri kürsünün 2-ci pilləsinə qalxmışdı.

CANLI YAYIM