Mingəçevir reqatasında idmançılarımız 26 mükafat qazanıb

24 Oktyabr, 12:15 Sosial mediada paylaşın:
Mingəçevir reqatası başa çatıb. Yarışın sonuncu günündə kayak, kanoe və avarçəkmə üzrə daha 8 dəst medalın sahibi müəyyənləşib.
Maraqlı idman mübarizəsində keçən turnirdə idmançılarımız uğurlu nəticələrlə yadda qalıblar. Suqovuşanda start verilən və son 2 günü Mingəçevir "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan reqatada komandamız ümumilikdə 26 mükafat əldə edib. İdmançılarımız 5 qızıl, 10 gümüş və 11 bürünc medal qazanıblar. Qeyd edək ki, turnir başa çatdıqdan sonra iştirakçı ölkələrin nümunəvi paradı olub. Mingəçevir reqatası 3 gün ərzində “İdman TV” ilə canlı yayımlanıb.

CANLI YAYIM