Şəhriyar Məmmədyarov "Aimchess Rapid" turnirinin ilk final günündə məğlub olub

21 Oktyabr, 11:15 Sosial mediada paylaşın:
Şahmatçıların “Çempionlar Turu” yekunlaşmaq üzrədir.
Turun sonuncu mərhələsi - “Eymçes Rapid” yarışında yarımfinal görüşləri keçirilib. Qrosmeysterimiz Şəhriyar Məmmədyarov macarıstanlı Rixard Rapportla üz-üzə gəlib. Məmmədyarov rəqibini 3 xal yarım, 2 xal yarım hesabilə məğlub edərək finala çıxıb. Şahmatçımız həlledici görüşdə Yan Kşiştof Duda ilə qarşılaşıb. Dörd partiya davam edən qarşılaşma polşalı şahmatçının qələbəsi ilə başa çatıb - 3:1. İkinci final görüşü sabah - oktyabrın 21-də olacaq. Qeyd edək ki, turnirin ümumi mükafat fondu 150 min dollardır.

CANLI YAYIM