Güləşçimiz dünya çempionatında finala yüksəlib

21 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
Azərbaycanın 4 sərbəst güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında mübarizəyə başlayacaq. 57 kq çəki dərəcəsində çıxış edən Tofiq Əliyev 1/8 final mərhələsində türkiyəli Ahmet Dumanla üz-üzə gələcək.
70 kq-da yarışan Kənan Heybətov təsnifatda Fransa güləşçisi Əhməd Yezza ilə, 79 kq-dakı Əşrəf Aşırov eyni raundda Yaponiyanı təmsil edən Kosuke Yamakura ilə görüşəcək. 97 kq-da mübarizə aparan İslam İlyasov bu mərhələdə türkmənistanlı Şatlik Yemelyayevlə güləşəcək. Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda yaponiya idmançısı Miva Morikava ilə qarşılaşacaq. Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə və Nihat Məmmədli gümüş, Qurban Qurbanov isə qızıl medal qazanıb.

CANLI YAYIM