Qurban Qurbanov qızıl, Nihat Məmmədli gümüş medala yiyələndi

20 Oktyabr, 11:00 Sosial mediada paylaşın:
İspaniyada gənc güləşçilərin dünya birinciliyi davam edir.
Turnirin 3-cü günü komandamızın daha 2 üzvü fərqlənib. 72 kq çəkidə mübarizəyə təsnifatdan start verən Qurban Qurbanov bir-birinin ardınca Fransa, Estoniya, İran, Ukrayna idmançılarını məğlub edərək finala vəsiqə qazanıb. Pəhləvanımız həlledici qarşılaşmada xorvatiyalı rəqibindən də üstün olaraq dünya çempionu olub. 60 kq-da bacarığını göstərən Nihat Məmmədli də final görüşünə çıxıb. O, Türkiyə güləşçisi ilə üz-üzə gəlib. Gənc idmançımız uduzaraq gümüş medalla kifayətlənib. Beləliklə gənclərdən ibarət seçməmiz dünya birinciliyində mükafatların sayını 3-ə çatdırıb. Daha əvvəl 55 kq-da Nihad Quluzadə gümüş medalın sahibi olmuşdu. Gənc güləşçilərin dünya birinciliyi oktyabrın 23-də yekunlaşacaq.

CANLI YAYIM