"El Klasiko"da "Barselona" qalib gəlib

14 Oktyabr, 17:46 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada ikinci turun oyunları keçirilir. Turun mərkəzi matçında “Barselona” ilə “Real” üz-üzə gəlib.  Barselonanın “Palau Blauqrana” arenasında azarkeşlər maraqlı mübarizənin şahidi olub. İlk hissə meydan sahiblərinin üstünlüyü şəraitində keçib. Fasilədən sonra da Şarunas Yasikyaviçyusun yetirmələri oyuna nəzarəti əlində saxlayıb. Amma son periodda madridlilər təzyiqi artırıb. Xüsusən də 21 xal toplayan “Real”ın forvardı Qabriel Dekin fəal oyunu barselonalıları çətin vəziyyətə salıb. Buna baxmayaraq, son saniyələrdə Serxio Lyullun qeyri-dəqiq atışı “Barsa”nın işinə yarayıb: “Barselona” – “Real” 75:72.
Günün daha bir dramatik oyunu Fransada keçirilib. Avroliqanın son qalibi “Anadolu Efes”  “Salle Qaston Medesen” arenasında “Monako”nun qonağı olub. İlk periodu istanbullular 8 xal fərqli üstünlüklə başa vursa da, fasiləyə qədər meydan sahibləri vəziyyəti xeyrinə dəyişə bilib. İkinci hissədə Ərgin Atamanın komandası yenidən təşəbbüsü ələ alıb. Əsas vaxtda qalib müəyyənləşməyincə, overtaymda daha dəqiq oynayan “Monako” qalib gəlib: 95:92. Görüşün ən məhsuldar oyunçusu 26 xal və 6 ribaundla “Anadolu Efes”in forvardı Uill Klaybern olub.
“Srvena Zvezda” ilə “Panatinaikos” arasındakı oyun da gərgin mübarizə şəraitində keçib. İlk periodda zəif təsir bağışlamasına baxmayaraq serbiyalılar toparlanmağı bacarıb. Matçın sonuna 21 saniyə qalmış hesabda önə keçən “Panatinaikos” rəqibini 77:75 hesabıyla məğlub edib. “Virtus Bolonya” – “Bavariya” oyununda isə meydan sahibləri 66:63 hesabıyla qalib gəlib.al

CANLI YAYIM