"Aston Martin" və "Red Bull" maliyyə reqlamentini pozub

12 Oktyabr, 17:10 Sosial mediada paylaşın:
Beynəlxalq Avtoidman Federasiyası Formula 1 komandaları üçün nəzərdə tutulan 2021-ci il üçün maliyyə hesabatını dərc edib.
Çempionatda mübarizə aparan 8 komanda maliyyə limiti ilə bağlı problem yaşamasa da, “Aston Martin”lə “Red Bulll” qaydaları pozub. Araşdırmalar nəticəsində məlum olub ki, “Aston Martin” reqlamentin prosedur qaydalarından kənara çıxıb. “Red Bull” isə tətbiq olunan limitdən artıq xərc çəkib. Xatırladaq ki, 2021-ci ilin maliyyə limiti 147,4 milyon dollar idi. Avstriya komandası isə bu məbləğdən 7,37 milyon dollar artıq xərcləyib. Hər iki komanda qaydaları pozduğuna görə cərimələnəcək. Hesabat dərc olunduqdan sonra “Red Bull” bəyanat yayıb.  Komanda rəhbərliyi FİA-nın ədalətli araşdırma aparmadığını iddia edib.  Avstriya komandasının apellyasiya şikayəti edəcəyi gözlənilir.

CANLI YAYIM