Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb

12 Oktyabr, 11:15 Sosial mediada paylaşın:
Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında daha bir cüdoçumuz bürünc medal qazanıb.
Bu gün kişilər arasında 100 kiloqram çəki dərəcəsində mübarizə aparan Zelim Katsoyev ilk mərhələdə Daniel Eiçi (İsveçrə), növbəti qarşılaşmalarda Nurluxan Şarxan (Qazaxıstan) və dörddəbir finalda ikiqat dünya çempionu Xorxe Fonsekanı (Portuqaliya) məğlub etsə də, yarımfinalda Kayl Reyesə (Kanada) uduzub. Cüdoçumuz üçüncü yer uğrunda belçikalı Toma Nikiforovla qalib gələrək bürünc medala sahib olub.
Qeyd edək ki, bundan əvvəl komandamızın üzvü Hidayət Heydərov (73 kq) üçüncü yeri tutub.

CANLI YAYIM