Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi məlum olub

10 Oktyabr, 17:02 Sosial mediada paylaşın:
Basketbol üzrə Azərbaycan çempionatının başlanma tarixi müəyyənləşib.
Yarış oktyabrın 12-də "Sərhədçi" İdman Olimpiya Mərkəzində start götürəcək. 28-ci Azərbaycan çempionatının açılış oyununda “Sərhədçi PİK” və “NTD BK” komandaları üz-üzə gələcəklər. Birinci turun digər görüşləri isə oktyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, sonuncu dəfə basketbol üzrə Azərbaycan çempionatı 2019-cu ildə təşkil olunub və pandemiya səbəbindən erkən başa çatıb.

CANLI YAYIM