Şəhid İsrail Cəfərzadənin xatirəsinə turnir keçirilib

6 Oktyabr, 11:30 Sosial mediada paylaşın:
Şağan olimpiya kompleksində şəhid İsrayıl Cəfərzadənin xatirəsinə turnir keçirilib. Azərbaycan İdman Jurnalistləri Assosiasiyası AİJA-nın təşkilatçılığı ilə reallaşan yarışda 100-ə yaxın yeniyetmə sərbəst güləşçi bacarığını nümayiş etdirib.
Yarışın açılış mərasimində Azərbaycan Dövlət himni səsləndirilib, ardınca isə Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhu sükutla yad edilib. AİJA-nın prezidenti Eldar İsmayılov, şəhid İsrayıl Cəfərzadənin əmisi Məqatil Cəfərov, xatirə turnirinin baş hakimi Tural Əliyev Azərbaycan güləşinin bu günü ilə bağlı fikirlərini bildirməklə yanaşı, belə yarışlarla əziz şəhidlərimizin anılmasının yeniyetmə və gənclərin vətənpərvər ruhda böyüməsində əhəmiyyətli rolunu diqqətə çatdırıblar.
Xatirə turnirinin nəticələrinə gəlincə, gərgin mübarizənin yekununda komanda hesabında "Şağan" 1-ci, Abşeron 2-ci, ROİL kollektivi isə 3-cü yeri tutub. Fərqlənənlər təşkilatçılar tərəfindən diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

CANLI YAYIM