Gənclərin Azərbaycan çempionatına yekun vuruldu

3 Oktyabr, 11:20 Sosial mediada paylaşın:
20 və 23 yaşlı gənc oğlan və qızlar arasında ağırlıqqaldırma üzrə Azərbaycan birinciliyi başa çatıb.
  Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən turnirdə son olaraq 81 kq, 89 kq, 96 kq, 102 kq və 109 kq çəki dərəcələrində qalib və mükafatçılar müəyyənləşib. 81 kq-da yaşı 20-yədək olan idmançılar arasında toplam 271 kq nəticə göstərən Nurlan Rəsulov qızıl medal qazanıb. 89 kqda yarışan Həsən Babayev 232 kq-ın öhdəsindən gələrək fəxri kürsünün ən yüksək pilləsində qalxıb.  23 yaşadək ağırlıqqaldıranların mübarizəsində 81 kq-da İsmayıl Baxışov  və  89 kqda Sənan Mirzəyev Azərbaycan çempionu adına layiq görülüblər. 20 yaşadək idmançıların yarışında 96 kq-da Canəli Əsədov və 109 kqda Fuad Hümbətli  bütün rəqiblərini qabaqlayıb. Nəhayət, yaşı 23-ə qədər olan atletlərdən 102 kq-dakı Əliş Nəzərov birinic yeri tutub.

CANLI YAYIM