"Porşe" Formula 1-dən, "Kamaz" isə "Dakar"dan imtina etdi

29 Sentyabr, 17:19 Sosial mediada paylaşın:
“Porşe” Formula 1 yarışlarına qatılmaqdan imtina edib. Almaniya mətbuatının məlunatına görə, şirkət “Red Bull”a anlaşa bilmədiyinə görə belə bir qərar qəbul edib. Məsələ ondadır ki, “Porşe” Avstriya komandasını mühərriklə təmin etmək öhdəliyini üzərinə götürmüşdü. Amma “Red Bull” rəhbərliyi belə olacağı məqamda Almaniya şirkətinin təsiri altına düşəcəyindən ehtiyatlanıb.  Nəticədə “Red Bull”a anlaşa bilməyən “Porşe” ümumiyyətlə Formula 1-ə qatılmamaq qərarına gəlib. Almaniya kompaniyasının geri çəkilməsindən sonra bəzi mənbələr “Honda”nın yenidən Formula 1-ə qayıtmağa hazırlaşdığı ilə bağlı məlumatlar yayıb. Üstəlik, “Ford”un da Formula 1-ə gəlişi müzakirə olunur. Bu informasiyalar təsdiqini tapacağı halda, həmin komandalar 2027-ci ildən “Kral avtoyarışları”nda iştirak edəcək. Bunun üçün isə 2023-cü ilin iyunun 30-na qədər qədər qeydiyyatdan keçmək lazımdır.
Yeri gəlmişkən, “Dakar” avtomarafonunun dəyişilməz qaliblərindən olan “Kamaz” komandası da səhrada keçirilən yarışdan çəkilmək qərarına gəlib. Rusiyanın nüfuzlu şirkəti FİA-nın siyasi maddələr yer alan müqaviləsini imzalamaqdan imtina edib. “Kamaz” komandasının rəhbərliyi bəyanat yayaraq belə şəraitdə “Dakar” üçün nəzərdə tutulan yeni müqaviləyə imza atmağın yanlış olacağını bildirib.

CANLI YAYIM