"Anadolu Efes" 13-cü dəfə Türkiyə Superkubokunu qazanıb

29 Sentyabr, 14:09 Sosial mediada paylaşın:
Ankarada basketbol üzrə Türkiyə Superkuboku keçirilib.
Prezident Kuboku adı altında tarixdə 36-cı dəfə təşkil edilən yarışda son çempion “Fənərbağça” ilə “Anadolu Efes” üz-üzə gəlib. Artıq ilk hissədə “Anadolu Efes” təşəbbüsü alıb.  Ardıcıl dəqiq üçlüklərlə “sarı lacivərdlilər”i çətin vəziyyətə salan Ergin Atamanın komandası fasiləyə 19 xal fərqli üstünlüklə yollanıb. İkinci hissədə “Fənərbağça” təzyiqi artırıb. ÇSKA-nın sabiq baş məşqçisi Dimitris İtudisin başçılığı altında debüt oyununda istanbullular fərqi azaltsa da məğlubiyyətdən xilas ola bilməyib: “Anadolu Efes” – “Fənərbağça” 71:62. Beləliklə də, “Anadolu Efes” tarixində 13-cü dəfə  Türkiyə Superkubokunun qalibi olub. “Efes” Təl-Əviv “Makkabi”sindən transfer etdiyi xorvatiyalı mərkəz oyunçusu Ante Jijiç Prezident Kubokunun ən dəyərli oyunçusu adını qazanıb. O, 22 xal, 5 ribaund və 1 məhsuldar ötürmə ilə komandasının qələbəsində böyük pay sahibi olub.

CANLI YAYIM