Basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq

29 Sentyabr, 11:45 Sosial mediada paylaşın:
Oktyabr ayının ikinci ongünlüyündə startı gözlənilən basketbol üzrə 28-ci Azərbaycan çempionatında 8 komanda birincilik uğrunda mübarizə aparacaq.
Azərbaycan Basketbol Liqası (ABL) adı ilə keçiriləcək yarışın oyunları “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
ABL-də “AAAF Xırdalan”, “Gəncə”, NTD, “Neftçi”, “Olimpik Şəki”, “Sərhədçi”, “Sabah” və “Zirvə Astara” güclərini sınayacaqlar.
Ötən çempionatla müqayisədə, yeni reqlamentə əsasən, komandalar dairəvi sistemlə 4 dövrədə üz-üzə gələcəklər. Çempionatın müntəzəm mövsümündə ilk dörd pilləni tutan komandalar play-off mərhələsinə vəsiqə qazanacaqlar.
Yarımfinallarda ən tez 2, finalda isə ən tez 3 qələbə qazanan komanda qalib sayılacaq.
Qeyd edək ki, oktyabrın 1-də əsas çempionata hazırlıq məqsədi ilə mini turnir keçiriləcək. Oyunlar “Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq.
 

CANLI YAYIM