"Alfa Romeo" çinli pilotu ilə müqaviləni yeniləyib

28 Sentyabr, 15:34 Sosial mediada paylaşın:
Formula 1 komandalarından olan “Alfa Romeo”  Çjou Quanyu ilə müqavilə müddətini yeniləyib.
Mövsümün sonunda sözləşməsi başa çatan çinli pilot daha bir il  İsveçrə komandasının bolidini idarə edəcək.  Xatırladaq ki, Çjou Formula 1 tarixində çıxış edən ilk çinli pilotdur. Bu mövsüm Kral avtoyarışlarında debüt edən  Quanyu hazırda şəxsi birincilikdə 6 xalla 17-ci pillədə qərarlaşıb.

CANLI YAYIM