Türkiyə millisi qrup liderliyini təmin edib

23 Sentyabr, 14:10 Sosial mediada paylaşın:
Millətlər Liqasının C divizionunda mübarizə aparan Türkiyə millisi İstanbulda Lüksemburq kollektivi ilə üz-üzə gəlib.
Ilk 4 turda top buraxmadan qələbə qazanan “ay-ulduzlular”ın seriyası qırılıb. Artıq 8-ci dəqiqədə Marvin Martins Lüksemburqun ilk qolunu vurub. Az sonra Cengiz Ündər penaltidən tarazlığı bərpa edib. 37-ci dəqiqədə Danel Sinani qonaqları yenidən hesabda önə keçirib. Amma bu dəfə onların sevinci 2 dəqiqə çəkib. Cengiz Ündərin fəallığı Maksim Şano-nun avtoqolu ilə nəticələnib - 2:2. Fasilədən sonra qonaqlar 3-cü dəfə hesabda önə keçiblər. Bu dəfə Gerson Rodriqes hədəfdən yayınmayıb. Qarşılaşmamın sonunda isə İsmail Yüksək yekun nəticəni müəyyənləşdirib - 3:3. 5 tura 13 xal toplayan Türkiyə millisi sona 1 tur qalmış ən yaxın rəqibi Lüksemburq millisini 5 xal qabaqlayır. Qrup liderliyini təmin edən Türkiyə yığması növbəi mövsümdən daha yüksək liqada - B divizionunda çıxış etmək hüququ əldə edib.

CANLI YAYIM