"Shusha Chess 2022": Şəhriyar Məmmədyarov maksimum nəticə ilə liderdir

23 Sentyabr, 11:30 Sosial mediada paylaşın:
Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə təşkilatçılığı ilə Şuşada keçirilən ilk beynəlxalq şahmat yarışı davam edir. Turnirin 2-ci günündə rapid növü üzrə 4 tur arxada qalıb. Qrosmeysterlərimizdən Şəhriyar Məmmədyarov 4 görüşün hamısında qalib gələrək maksimum nəticə göstərib. Yalnız 1 qarşılaşmada qələbə qazanan Teymur Rəcəbov isə digər 2 görüşdə heç-heçə edib. 1 partiyada uduzub. Hazırda Şəhriyar Məmmədyarov 10 xalla kişi şahmatçıların yarış cədvəlinə başçılıq edir.
Qadın şahmatçılarımızdan Gövhər Beydullayeva liderlər qrupundadır. O, son 4 turda 1 qələbə qazanıb. 2 dəfə heç-heçə edib. 1 görüşdə isə məğlub olub.  Hazırda Gövhər Beydullayeva 5 xalla 2-ci yerdədir. O, yalnız 7 xalla lider olan gürcüstanlı Nana Dzaqnidzedən geri qalır. Şahmatçılar ilk 3 gündə rapid növündə yarışırlar. Daha sonra isə onlar blits növündə mübarizə aparacaqlar. Qeyd edək ki, Şuşa Çes 2022 turniri sentyabrın 24-ü başa çatacaq.

CANLI YAYIM