Canni De Byazi: "Gələcək üçün yaxşı işlər görə bilərik, bizə inkişaf üçün vaxt lazımdır"

23 Sentyabr, 11:15 Sosial mediada paylaşın:
Slovakiya yığması üzərində qələbədən sonra jurnalistlər önünə çıxan milli komandamızın baş məşqçisi Canni de Byasi görüş ilə bağlı fikirlərini bildirib.
O, futbolçularından razılığını ifadə edib: “Oyuna yaxşı başladıq. Renat gözəl qol vurdu. Hərçənd fərqlənənə qədər daha üç imkanımız olmuşdu. İkinci hissə isə bir qədər fərqli keçdi. Yorğunluq hiss olunurdu. Komandamız gəncdir. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə inkişaf üçün vaxt lazımdır. Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Riçard Almeyda cəzalandığı üçün komandaya kömək edə bilməyəcək. Onun bu vəziyyəti məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta daha əvvəl milliyə çağırmadığım üçün ondan üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərə şans vermək istəyirdim. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da imkan yaratmaq lazımdır.”

CANLI YAYIM