Millimiz səfərdə Slovakiya yığmasını məğlub edib

23 Sentyabr, 11:00 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının C divizionunun 3-cü qrupunda mübarizə aparan milli komandamız növbəti oyununa çıxıb.
Futbolçularımız səfərdə Slovakiya yığmasının qonağı olub. Trnava şəhərinin “Siti Arena” stadionunda keçirilən qarşılaşmaya əsasən meydan sahibləri daha yaxşı başlayıblar. Lakin sonradan təşəbbüsü ələ alan seçməmiz fasilə ərəfəsində fərqlənməyə nail olub. 44-cü dəqiqədə Ozan Kökçünün qapı önünə ötütməsindən sonra Renat Dadaşov ustalıqla topu qapıdan keçirib. İkinci hissədə bərabərlik yaratmağa çalışan Slovakiya millisi bir neçə epizodda qapımız önündə təhlükəli vəziyyət yaratsa da müdafiəçilərimizin inamlı oyunu rəqibin fərqlənməsinə mane olub. Amma buna baxmayaraq Slovakiya komandası əsas vaxta artırılan 2-ci dəqiqədə tarazlıq yaradıb. Erik Yirka komandasını 1 xala ümidləndirib. Rəqibin sevinci cəmi 2 dəqiqə çəkib. Künc zərbəsindən sonra qapı önünə gələn topu Höccət Haqverdi başla qapıdan keçirərək komandamıza qələbə qazandırıb: Slovakiya - Azərbaycan 1:2.
Beləliklə, 5 turdan sonra 7 xalı olan Azərbaycan milli komandası qrupun 2-ci pilləsində qərarlaşıb. Komandamız lider Qazaxıstandan 6 xal geri qalır. 6 xalı olan Slovakiya 3-cü yerdədir. Hələlik Belarus millisi 2 xalla qrup sonuncusudur.

CANLI YAYIM