Şotlandiya millisi Ukrayna yığmasını darmadağın edib

22 Sentyabr, 16:28 Sosial mediada paylaşın:
UEFA Millətlər Liqasının C Divizionunda Şotlandiya və Ukrayna milli komandaları arasında I qrupun ilk turundan təxirə salınmış oyun keçirilib.
Qlazqo şəhərindəki "Hempden Park" stadionundakı qarşılaşmanın ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra isə təziqi artıran meydan sahibləri 70-ci dəqiqədə istəklərinə nail olublar. Con Makqinn yerli azarkeşləri sevindirib. 10 dəqiqəs sonra şotlandlar ikinci topu Ukrayna komandasının qapısından keçirib.  Lindon Dayks fərqi artırıb. Qarşılaşmada son nöqtəni də   Lindon Dayks qoyub. Şotlandiya – Ukrayna 3:0.  Bu qələbədən sonra xallarını 9-a çatdıran Şotlandiya yığması ilk pilləyə yüksəlib. 7 xalı olan Ukrayna seçməsi isə 2-ci sıraya geriləyib.

CANLI YAYIM