"Qəbələ"nin legioneri komandanı tərk edə bilər

22 Sentyabr, 15:25 Sosial mediada paylaşın:
“Qəbələ”nin legioneri Ruan Renato komandanı tərk edə bilər.
28 yaşlı braziliyalı ilə Polşa “Lex”i yaxından maraqlanır. Poznan klubunun skautları onun çıxışını izləyir. Futbolçu qış fasiləsinə kimi “Lex”in məşqçiləri tərəfindən bəyənilsə, “Qəbələ”yə rəsmi müraciət olunacaq. Qeyd edək ki, Renatonun 2023-cü ilin yayına kimi müqaviləsi var. 28 yaşlı müdafiəçi “Qəbələ”də 40 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

CANLI YAYIM